Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya təşkil olunub
    21.10.2026 20:44:31

    AFFA-da hər il mütəmadi şəkildə həyata keçirilən silsilə sessiyalar çərçivəsində AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan” və “Qarabağ” futbol klublarının aşağı yaş qruplarının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiyalar təşkil olunub.

    Prosport.Az xəbər verir ki, sessiya zamanı Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin aparıcı mütəxəssisi Murad Məmmədli futbolçulara və məşqçilərə danışılmış oyun anlayışı, oyun zamanı futbolçuların və məşqçilərin üzləşə biləcəyi risklər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib. Təlimçi futbolçuların və məşqçilərin oyun prosesində daşıdığı rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış edib. Bildirilib ki, danışılmış oyunlar kontekstində futbolçuların və məşqçilərin davranışları həssas məqamlardan biri hesab olunur və bu səbəbdən onların peşəkar davranışı daim yüksək məsuliyyət tələb edir.

    Sessiya çərçivəsində futbolçuların və məşqçilərin futbolun ədalət və dürüstlük prinsiplərinin qorunmasında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, peşəkarlıq, prinsipiallıq, dürüstlük və yüksək peşə etikası futbolçuların və məşqçilərin fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara və məşqçilərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

    Eyni zamanda, futbolçuların və məşqçilərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə məlumat verməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların və məşqçilərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

    Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri futbolçuların və məşqçilərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib. Təlimin sonunda iştirakçıların biliklərini yoxlamaq məqsədilə təlimlə bağlı interaktiv suallar verilib.

    Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların və məşqçilərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

    Futbol

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22
    Futbol

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52
    Futbol

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34
    Futbol

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36
    Futbol

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57
    Futbol

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31

    "Bu cür epizodları uşaqlıqdan çox sevirəm" - Bəhlul Mustafazadə

    23.11.2026 12:20:42

    Dani Olmo Bakıda "Barselona"nın əsas "silah"ı olacaq

    23.11.2026 12:17:17

    Tanınmış futbolçu AFFA-dan dəvət alıbmış

    23.11.2026 11:45:05

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalında

    23.11.2026 10:50:56

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41

    "Azərbaycana uzaq səfər bizi narahat etmir" - Hansi Flik

    23.11.2026 10:00:47

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved