“Sabah”ın futbolçusu Eyden Makkarti UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın “Borusiya” (Dortmund) komandasına 1:2 hesabı ilə uduzduqları oyundan jurnalistlərə müsahibə verib.
Çempionlar Liqasının əsas mərhələsinin III turunda Almaniyanın “Borusiya” (Dortmund) komandası ilə keçirilən oyun (1:2) barədə nə deyə bilərsiniz?
Nəticəyə görə məyusuq, amma düşünürəm ki, heç kim belə oyuna görə bizi qınaya bilməz. Komanda Dortmund klubuna qarşı layiqli mübarizə apardı.
Komandanızın yeganə qolunu siz vurdunuz. Belə böyük kluba qol vurmaq hansı hissləri yaşatdı?
Bu qol şəxsən mənim üçün çox vacib idi. Həmin anı və bu matçı heç vaxt unutmayacağam. Nəticə, əlbəttə, bir qədər üzücüdür. Amma biz meydanda idik və hər top uğrunda mübarizə aparırdıq. Bu da Çempionlar Liqasında ən güclü komandalarla bərabər səviyyədə oynamaq gücündə olduğumuzu sübut edir.
İkinci qolu da vura bilərdiniz...
Bu, futboldur və burada hər şey mümkündür. Elə ola bilərdi ki, biz iki qol vuraq, rəqib isə bir qolla kifayətlənsin. Yaxud əksinə. Dörd qol da vura bilərdik, heç qol vurmamaq da mümkün idi. İmkanlarımız oldu. Futbolda hər şey mümkündür, amma bu dəfə əlimizdən gələni etdik.
Növbəti turda Norveçdə yerli “Vikinq” komandası ilə qarşılaşacaqsınız...
Bu matçı səbirsizliklə gözləyirik. Öz gücümüzə inanırıq. Yüksək səviyyədə oynaya biləcəyimizi hiss edirik.
Cənubi Afrikadan sizə böyük dəstək var
Ora dünyanın ən yaxşı ölkəsidir. Bilirsiniz, ora mənim evimdir, doğulduğum yerdir. Arxamda böyük bir komanda və güclü azarkeş dəstəyi var. Onlar mənim insanlarımdır. Hər şeyi görür və hiss edirəm. Ölkəmi, orada yaşayan insanları sevirəm. Təbii ki, göstərilən bütün bu dəstəyi də çox yüksək qiymətləndirirəm.
