Futbol üzrə Azərbaycan I Liqasında VI tura start verilib.
Prosport.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Turun mərkəzi görüşü "Şahdağ Qusar"la "Səbail" arasında olub. Qarşılaşma Şimal bölgəsi təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Digər oyunda isə "Mingəçevir" "Xankəndi"yə qalib gəlib.
I Liqa
VI tur
21 oktyabr
"Şahdağ Qusar" - "Səbail" 1:0
Qol: A.Nəsibov, 50
Qırmızı vərəqə: P.Azadov, 69
"Xankəndi" - "Mingəçevir" 0:1
Qollar: X.Bəşirov, 63
