Almaniyanın “Borussiya Dortmund” komandasının futbolçuları “Sabah”la UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur oyunu öncəsi Bakıda qaldıqları hoteldə tekbol (futbol tennisi) oynayıblar.
Prosport.Az xəbər verir ki, videoda futbolçuların futbol-tennis oynadıqları və əyləndikləri anlar əks olunub.
Qeyd edək ki, “Sabah” - “Borussiya Dortmund” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
