Ermənistan yığmasını qəbul edəcək Türkiyə millisinin heyətində dəyişiklik olub.
Prosport.Az xəbər verir ki, "Fənərbaxça"nın futbolçusu Umut Nayir zədə səbəbindən heyətdən kənarlaşdırılıb.
Hücumçunu "Qalatasaray"dan Halil Dərvişoğlu əvəzləyəcək.
Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək Türkiyə - Ermənistan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

