“Qəbələ” Avstriyanın “Zalsburq” klubunun sabiq futbolçusu Samuel Tetteni transfer edib.
Prosport.Az xəbər verir ki, son klubu Türkiyə “Adanaspor”u olan qanalı hücumçu Premyer Liqa təmsilçisi ilə müqavilə bağlayıb. 27 yaşlı forvardın sözləşməsinin müddəti 2 illikdir.
Qeyd edək ki, Samuel Tette 2017-2021-ci illərdə “Zalsburq”a məxsus olub. Lakin o, orada əsas heyətə düşə bilməyərək icarə əsasında digər klublarda çıxış edib. Tette Qana millisinin heyətində 8 oyunda 1 qol vurub. Həmin qol 2016-cı ilin sentyabrın 3-də Ruanda millisinin qapıçısını məyus edib.

