Rumıniya Superliqasında XII turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Petrolul” öz meydanında “Sepsi”ni qəbul edib.
Gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Hüseynov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. O, 85-ci dəqiqədə qolun müəllifi Leo Tekseyranı əvəzləyərək meydana daxil olub.
Bu nəticədən sonra “Petrolul” aktivindəki xalları 20-yə çatdıraraq turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
