Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Son 2 oyunda 4 xal itirdik" - Yuri Vernidub
    17.10.2026 21:45:02

    "Neftçi"nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ"la görüşündən (3:3) sonra mətbuat konfransında iştirak edib. 

    Prosport.Az xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. 

    - Qələbəni niyə əldən verdiniz?

    - Bu, idmandır, futboldur. Bəzi hallarda olur ki, 0:3 olur, sonra 3:3, ya da 3:4 uduzursan. Əsas odur ki, nəticə çıxarmaq lazımdır. Derbidir, burada heç kim uduzmaq istəmir. Əlbəttə ki, bu,  bizə heç nə bonus vermir. Mütləq  qələbə qazanmaq lazım idi.

    - Demək olar ki, artıq "Neftçi" üçün "Qarabağ" və "Sabah" qorxulu rəqib deyil?

    - "Sabah"la oyun bəlkə hesab olunmur, Azərbaycanda "Neftçi" və "Qarabağ"ın oyunu derbi sayılır. Bu 2 klub Azərbaycan çempionatında 1000 oyun oynayıb. Bu da artıq çox şey deyir. Bu, onu göstərir ki, düz yoldayıq. "Neftçi"nin daha güclü olması üçün işimizə davam edəcəyik. Hər zaman sona qədər mübarizə aparacağıq. Hədəfimiz ən yuxarıda olmaqdır. Necə olacağını çempionatdakı növbəti oyunlar göstərəcək. Bu günə qədər çempionatın 1/4 hissəsi geridə qalıb. Qarşıda bizi 25 oyun gözləyir. Kim ən doğru yolla davam etsə, qələbə də onun olacaq.

    - "Qarabağ" və "Sabah"a uduzmasanız da, qalib də gələ bilmədiniz. Bu oyunlarda 4 xal itirdiniz?

    - Səmimi deyirəm ki, bəli. Son 2 oyunda 4 xal itirdik. Xüsusilə də, bu gün.

    - Rotasiya imkanlarınız genişdir. Sona az qalmış 2 qol buraxmaq sizi narahat edir?

    - İndi çox şeydən danışa bilərik. Sakit və təmkinlə gedib yatmaq lazımdır. Sabah oyunu analiz etməliyik. İnanın ki, hər oyunun ciddi təhlilini edirik. Ola bilər ki, 40 dəqiqə ərzində nəzəriyyədən danışırıq, bəlkə bəzilərinin xoşuna gəlmir. Amma düşünürəm ki, futbol şahmat kimidir. Topu qabağa vurmaqla bitmir. Necə oyun qurmaq lazım olduğunu bilməliyik. Əgər bunu etməyi öyrənsək, daha yaxşı olacaq.

    - Hər iki tərəfdə qapıçılar kobud səhvlərə yol verdi. Qapıçı transfer etmədiyinizə görə peşmansınız?

    - Bu barədə çox şey demək olar. Bizim iki güclü azərbaycanlı qapıçımız var. İkisi də yaxşı qapıçıdır. Emil Balayevin 38 dərəcə hərarəti var idi. Oyuna Rza Cəfərov çıxdı. Səhvlər ola bilər. Hətta mən deyim ki, Avropanın tanınmış qapıçıları da səhvlər edir. Amma o demək deyil ki, qapıçı transfer edilmədi deyə, bunlar baş verdi. Rza millinin qapıçısıdır. Emil Balayev də var. Gənc qapıçılarımız da var. Azərbaycanlılar var ki, onların üzərində işləmək, daha inkişaf etdirmək daha faydalıdır, nəinki kənardan gətirək. Milli üçün də faydalı olacaq.

    Futbol

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22
    Futbol

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52
    Futbol

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34
    Futbol

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36
    Futbol

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57
    Futbol

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31

    "Bu cür epizodları uşaqlıqdan çox sevirəm" - Bəhlul Mustafazadə

    23.11.2026 12:20:42

    Dani Olmo Bakıda "Barselona"nın əsas "silah"ı olacaq

    23.11.2026 12:17:17

    Tanınmış futbolçu AFFA-dan dəvət alıbmış

    23.11.2026 11:45:05

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalında

    23.11.2026 10:50:56

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41

    "Azərbaycana uzaq səfər bizi narahat etmir" - Hansi Flik

    23.11.2026 10:00:47

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved