“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan Almaniyanın “Bayer” klubu yoxlama görüşü keçirəcək.
Prosport.Az xəbər verir ki, baş məşqçi Xabi Alonso yetirmələrini sentyabrın 7-də sınaqdan keçirəcək.
Rəqib Regionalliqa təmsilçisi “Alemaniya” olacaq. “Bay Arena”da baş tutacaq görüşdə “Bayer”in əsasən U-19 və U-17 komandalarının üzvləri iştirak edəcək. Çünki əsas komandanın 15 futbolçusu müxtəlif millilərə çağırılıb.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.

