Azərbaycan yığmasının üzvü Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyespor”un baş məşqçisi Mustafa Ər istefa verib.
Prosport.Az xəbər verir ki, o, komandanın uğursuz nəticələrindən sonra postundan göndərilib. Son turda “Bodrumspor”a 0:4 hesabı ilə uduzan ümraniyəlilərin çalışdırıcısı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Mustafa Ər ötən mövsüm “Ümraniyespor” Türkiyə Super Liqasında çıxış edərkən bu posta gətirilmişdi. Mövsümün bitməsinə 7 tur qalmış baş məşqçi təyin olunsa da, komanda əsas liqada yerini qoruya bilməmişdi.
Xatırladaq ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev bu yay “Ümraniyespor”a keçib.
“Ümraniyespor” hazırda 2 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

