Peşəkar Futbol Liqası və “Misli” “ayın qolu” layihəsinə start verir.
Prosport.Az xəbər verir ki, avqust ayından etibarən Azərbaycan Premyer Liqasında başlayacaq layihə çərçivəsində PFL tərəfindən ayın “TOP-5” qolu müəyyənləşdiriləcək.
Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcək. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.
Qalibə “Misli” və PFL tərəfindən mükafatlar təqdim olunacaq.

