Bu gün UEFA Gənclər Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Prosport.Az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçisi "Qəbələ"nin rəqibi də müəyyənləşib. "Qırmızı-qaralar" ilk mərhələdə Macarıstanın "Puşkaş Akademiya"sı ilə üz-üzə gələcək.
"Qəbələ" "Puşkaş Akademiyası" ilə ilk matçını oktyabrın 4-də evdə, cavab oyununu isə oktyabrın 25-də səfərdə keçirəcək.
Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə "Olimpiakos" (Yunanıstan) – "Leççe" (İtaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

