"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi nigeriyalı Cessi Sekidikanı transfer edib.
Onunla 2+1 illik müqavilə imzalanıb. Afrikalı futbolçu 70 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 27 yaşlı vinger karyerası ərzində Türkiyədə "Əskişəhərspor", "Qalatasaray", "Konyaspor", "Eyüpspor" və "Ümraniyəspor" klublarının formasını geyinib.

