Premyer Liqada yaranmış fasilədən istifadə edən “Neftçi” bu gün təlim-məşq toplanışına başlayır.
Prosport.Az xəbər verir ki, komandanın Türkiyədə nəzərdə tutulmuş toplanışı baş tutmayıb. Komanda Qəbələ şəhərində hazırlıq keçəcək.
Bu toplanış sentyabrın 9-dək davam edəcək. Hazırlıq prosesində milli komandalara dəvət olunmuş futbolçular, eləcə də bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa, bütün oyunçular iştirak edəcək.
Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti matçını sentyabrın 16-sı saat 18:00-da “Dalğa Arena”da “Araz-Naxçıvan”a qarşı keçirəcək. Komanda 5 turdan sonra 8 xalla turnir cədvəlində 3-cü yeri tutur.

