Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin oyunları üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Prosport.Az xəbər verir ki, 28 nəfərlik siyahıda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də adı var.
Baş məşqçi Sergey Yakiroviç qrup matçlarında 26 yaşlı forvardın xidmətindən də yararlanacaq.
Qeyd edək ki, “Dinamo” “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan) və “Balkani” (Kosovo) klubları ilə birlikdə C qrupunda mübarizə aparacaq.

