Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçiriləcək xeyriyyə oyununun başlama saatı bəlli olub.
Prosport.Az xəbər verir ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

