"Qalatasaray" heyətini gücləndirib.
Prosport.Az xəbər verir ki, İstanbul təmsilçisi "Totenhem"in yarımmüdafiəçisi Tanqi Ndombeleni icarəyə götürüb.
Futbolçu dünən gecə saatlarında İstanbula çatıb. O, 2023/24 mövsümünü icarə əsasında Türkiyə çempionunun heyətində keçirəcək.
Qeyd edək ki, Tanqi Ndombele karyerası ərzində "Amyen", "Lion", "Napoli" formaları da geyinib.

