Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ona qarşı oyunum yaxşı alındı" – Abdulla Rzayev
    5.09.2023 10:51:23

    "Araz-Naxçıvan"ın futbolçusu Abdulla Rzayev “Kəpəz”lə oyundan sonra arazpfk.com-un suallarını cavablandırıb.

    Prosport.Az müsahibəni təqdim edir.

    – “Kəpəz”lə oyunda qazanılan qələbə şərhini eşitmək istərdik...
    – Bilirdik ki, Gəncə ən çətin səfərlərimizdən biri olacaq. Özüm də ötən il “Kəpəz”in formasını geyinmişəm. Bu komanda üçün doğma meydan amilinin hansı əhəmiyyət daşıdığını yaxşı bilirdim. Üstəlik, yerli azarkeşlər tərəfindən də komandaya yaxşı dəstək verilir. Oyuna hazırlıqlı başlamışdıq, motivasiyamız da yaxşı idi. Meydan sahibi komandanın təzyiqinə baxmayaraq, yaradacağımız imkanlardan maksimum istifadə etmək istəyirdik. Çox şükür, bunu bacardıq.

    – Ötən il uğuru üçün çalışdığın komandaya qarşı bu dəfə rəqib qismində mübarizə aparmaq çətin olmadı?
    – Qəribə hisslər keçirdim. Halbuki ötən il bu meydana “Kəpəz”ə qələbə qazandırmaq üçün çıxırdım. Rəqib qismində gəlsəm də, yerli azarkeşlər məni isti qarşıladılar. Onlara təşəkkür edirəm. Futbolçu karyerası elədir ki, ötən il Gəncə azarkeşlərini sevindirmək üçün çalışırdım, bu gün Naxçıvan futbolsevərlərinə eyni hissi yaşatmaq üçün mübarizə aparıram. Sabah necə olacaq, onu zaman göstərəcək.

    – “Kəpəz”in əsas silahlarından Martins Junioru zərərsizləşdirmək çətin olmadı?
    – Martinsin necə futbolçu olduğunu, hansı üstünlüyə sahib olduğunu bilirdim. Çünki ötən il eyni komandada oynadığımıza görə məşqlərdə birgə çox iştirak etmişik. Ona qarşı oyunum yaxşı alındı. Görünür, təhlillər düzgün aparılmışdı.

    – Əvvəlki 4 oyunda “Araz-Naxçıvan” oyunu ilə gündəm olmuşdusa, bu dəfə nəticə ön plana çıxdı...
    – Futbolda əsas nəticədir. Əlbəttə, baxımlı futbol nümayiş etdirmək yaxşıdır, amma bunu nəticəyə çevirə bilmirsənsə, komandana ancaq ziyan vurursan. “Kəpəz”lə matçda isə nəticə əsas idi. Matçdan əvvəl hər 2 komanda eyni sayda xala malik idi. Bir növ 6 xallıq matç idi.

    – Milli komandanın oyunları ilə bağlı yaranmış fasiləni komandamız üçün “qənimət” hesab etmək olarmı?
    – Olar, çünki komanda olaraq yay fasiləsi zamanı gec yığışdıq, təlim-məşq toplanışı keçirmədik. Komanda üzvləri indi-indi bir-birini başa düşməyə, meydanda anlamağa başlayıb. Düzdür, fasilə zamanı “Araz-Naxçıvan”ın düşərgəsində olmayacağam. U-21-in Serbiya ilə keçirəcəyi oyunun hazırlığına dəvət olunmuşam. 1 futbolçu üçün milliyə dəvət almaq, onun uğurları üçün çalışmaq hər zaman fəxr olub. Geri döndükdən sonra yenə baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağam.

    – Qarşıda “Neftçi” ilə oyun var. Son matçlarda uğurlu nəticələri ilə seçilən “ağ-qaralar”la duel haqda nə düşünürsən?
    – Oyun çox çətin olacaq. “Neftçi” çempionluğa iddialıdır, yeni heyət yığıb, məşqçi korpusunu dəyişib. Amma “Araz-Naxçıvan” arxada qalan 5 turda qazandığı müsbət imici və nəticələri bu görüşdə də təkrarlamaq üçün mübarizə aparacaq. 

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved