"Atletiko"nun və Belçika millisinin hücumçusu Yanik Karasko karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Prosport.Az xəbər verir ki, belçikalı futbolçu "Əl Şabab"la razılaşıb. Yanik Karasko Səudiyyə Ərəbistanı təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.
Xatırladaq ki, Belçika yığması sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycanla qarşılaşacaq.

