Dmitrios Çantakias “Zirə” klubunda 100 oyuna çıxan ilk legioner futbolçu olub.
Prosport.Az xəbər verir ki, bu barədə "qartallar"ın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
28 yaşlı müdafiəçinin yubileyi "Qəbələ"yə səfərdə 0:1 hesabı ilə uduzduqları V turun matçına təsadüf edib.
Qeyd edək ki, yunanıstanlı oyunçu 2020-ci ildən paytaxt təmsilçisinin formasını geyinir.

