UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Sabah”la qarşılaşacaq Çexiyanın “Slaviya” (Praqa) komandası oktyabrın 11-də Bakıya gələcək.
Prosport.Az xəbər verir ki, son ölkə çempionu oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçda “Sabah”ın qonağı olacaq. Qarşılaşma saat 20:45-də başlayacaq.
Qeyd edək ki, görüşdən əvvəl komandaların mətbuat konfransları və oyunöncəsi məşqləri keçiriləcək.
