“Xəzər Lənkəran”ın sabiq futbolçusu Duqlas Leyte baş məşqçiliyə başlayıb.
Prosport.Az xəbər verir ki, braziliyalı keçmiş qapıçı ölkəsində fəaliyyətini davam etdirəcək.
“Amerika Mineyro”dakı müvəqqəti baş məşqçi vəzifəsindən ayrılan 46 yaşlı mütəxəssis “Santo Andre”nin baş məşqçisi təyin olunub. Onun qarşısına qoyulan hədəf komandanı San-Paulu futbolunun elit divizionuna qaytarmaqdır.
Qeyd edək ki, məşqçi kimi yalnız ölkəsi Braziliyada çalışmış Duqlas Leyte 2013-cü ildə Azərbaycanda “Xəzər Lənkəran”ın qapısını qoruyub.
