Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Cəmi 66 günə inşa olunan Hövsan Yarış Kompleksinə mediatur – FOTOLAR
    8.10.2026 12:23:15

    Azərbaycanın ev sahibliyi edəcəyi U-15 dünya çempionatı və festivalının oyunları ilə əlaqədar yeni inşa olunmuş Hövsan Yarış Kompleksinə media nümayəndələri üçün tur təşkil edilib.

    Prosport.Az xəbər verir ki, mediaturun məqsədi mətbuat nümayəndələrini qarşıdakı nüfuzlu yarışın əsas məkanlarından biri olan yeni komplekslə yaxından tanış etmək olub.

    Jurnalistlərə burada yaradılmış müasir infrastruktur, eləcə də mötəbər turnirə hazırlıq prosesi barədə ətraflı məlumat verilib.

    Tədbir çərçivəsində jurnalistlərə açıqlama verən Neft Qaz Tikinti Trestinin (NQTT) müdiri Qağaməli Seyfullayev kompleksdə görülən tikinti və abadlıq işlərinin detallarını diqqətə çatdırıb. O bildirib ki, layihənin sifarişçisi AFFA, baş podratçısı isə Neft-Qaz Tikinti Trestidir: “Layihələndirmə işləri Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilib. Kompleksin tikintisində SOCAR-ın Nəqliyyat İdarəsi, həmçinin xüsusi spesifik işlər üzrə tender qalibi olan müvafiq subpodratçı təşkilatlar da yaxından iştirak edib”.

    Q.Seyfullayev kompleksin ümumi ərazisi və infrastrukturu haqqında məlumat verərək deyib: “Ümumi ərazimiz 2 hissədən ibarətdir. 12 hektarlıq daimi ərazidə 10 ədəd stadion, inzibati bina və əsas infrastrukturlar yerləşir. 6,6 hektarlıq köməkçi ərazidə isə media qrupları, xidməti personalın qidalanması, sanitar qovşaqlar və geyinib-soyunma otaqları üçün 23 müxtəlifölçülü çadır quraşdırılıb”.

    NQTT müdiri qeyd edib ki, 10 stadionun hamısında işlər artıq başa çatıb, yaşıl örtüklər döşənib. Hazırda ehtiyat oyunçular üçün oturacaqların yerləşdirilməsi, küləyə qarşı torların çəkilməsi, projektorların quraşdırılması kimi son tamamlama və sınaq işləri aparılır.

    Kompleksin texniki göstəricilərindən söz açan Qağaməli Seyfullayev vurğulayıb ki, stadionlarda yağış sularının kənarlaşdırılması üçün perimetr boyunca xüsusi qurğular, yerin altında ümumi uzunluğu 3200 metr olan boru xətləri quraşdırılıb, 114 ədəd quyu qazılıb: “Ərazidə FIFA standartlarına tam cavab verən, 40 dayağın üzərində ümumilikdə 360 ədəd projektor yerləşdirilib. Bundan əlavə, ərazi boyunca 210 işıqlandırma dirəyi, 134 videomüşahidə kamerası və mərkəzləşdirilmiş səs sistemi quraşdırılıb. Bütün bu sistemlər 10 otaqdan ibarət inzibati binadan idarə olunacaq”.

    Ərazidə böyük həcmdə asfaltlama və yaşıllaşdırma işlərinin də görüldüyünü bildirən trestr müdiri əlavə edib: “Ümumilikdə 186 min 300 kvadratmetr əraziyə asfalt örtüyü vurulub. Köməkçi hissədə 337 minik avtomobili və 60 böyüktutumlu avtobus üçün dayanacaqlar hazırlanıb. İdmançıların paltardəyişmə yerləri Atletlər Kəndində nəzərdə tutulduğundan, onlar yarışdan sonra xüsusi avtobuslarla geri qayıdacaqlar. Köməkçi sahədə işçilər üçün 41 məişət evciyi, sanitar qovşaqlar və IT otaqları təşkil edilib”.

    Q.Seyfullayev iyulun 29-da start verilən tikinti işlərinin əsas hissəsinin cəmi 66 gün ərzində yüksək keyfiyyətlə tamamlandığını xüsusi vurğulayıb.

    Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı cari ilin oktyabrın 24-dən 30-dək keçiriləcək.

    Akademiya

    Millimiz əvvəl Bakı, sonra Malta səfəri

    9.10.2026 16:37:19
    Futbol

    Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu

    9.10.2026 16:17:20
    Futbol

    "Araz-Naxçıvan" - "Kəpəz": HEYƏTLƏR

    9.10.2026 14:50:28
    Futbol

    Mahir Emreli Polşada seçilən 4 futbolçudan biridir

    9.10.2026 13:40:51
    Futbol

    Çexiya çempionu Bakıya bu tarixdə gələcək

    9.10.2026 13:12:43
    Futbol

    “Xəzər Lənkəran”ın sabiq futbolçusu baş məşqçi oldu

    9.10.2026 12:43:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz əvvəl Bakı, sonra Malta səfəri

    9.10.2026 16:37:19

    Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu

    9.10.2026 16:17:20

    "Ömərin bürünc medalı işlərimizin düzgün istiqamətdə getdiyini göstərir" – Fərhad Rəcəbli

    9.10.2026 15:42:46

    Erməni cüdoçudan Bakıda tərbiyəsizlik

    9.10.2026 15:16:18

    "Araz-Naxçıvan" - "Kəpəz": HEYƏTLƏR

    9.10.2026 14:50:28

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında medalsız qaldı - YENİLƏNİB

    9.10.2026 14:09:24

    Mahir Emreli Polşada seçilən 4 futbolçudan biridir

    9.10.2026 13:40:51

    Çexiya çempionu Bakıya bu tarixdə gələcək

    9.10.2026 13:12:43

    “Xəzər Lənkəran”ın sabiq futbolçusu baş məşqçi oldu

    9.10.2026 12:43:27

    Azərbaycan və Ermənistan klubları ilə bağlı qadağa qüvvədə qaldı

    9.10.2026 12:15:16

    Millimizin 8 üzvü Avropa çempionatında medalı təmin etdi

    9.10.2026 11:40:30

    "Hyuston"un sabiq basketbolçusu Azərbaycan klubunda

    9.10.2026 11:13:39

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved