Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    AFFA-nın texniki direktoru “Kəpəz”in qonağı olub
    4.10.2026 12:55:02

    AFFA-nın texniki direktoru Edmond Klaus və onun köməkçisi Ramiz Kərimov "Kəpəz" Məşq Mərkəzi və Futbol Akademiyasının qonağı olublar.

    Prosport.Az xəbər verir ki, qonaqları səmimi qəlbdən salamlayan "Kəpəz" PFK İB-nın sədri Anar Abdullayev bildirib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələrinə, o cümlədən futbolun inkişafına önəm verilir:

    "Dövlət başçımız bu il oktyabrın sonlarında tarixdə ilk dəfə U-15 dünya çempionatının Bakıda yüksək səviyyədə təşkil olunması tapşırığını verib. Bu məqsədlə paytaxtın Hövsan qəsəbəsində 10 meydança inşa olunur. Festival şəklində keçiriləcək və əsl futbol bayramına çevriləcək bu yarış zamanı Azərbaycan dünya futbolunun diqqət mərkəzində olacaq. Həmçinin gələn il 20 yaşadək futbolçular arasında dünya çempionatının oyunları ölkəmizdə təşkil ediləcək".

    Gəncədə müasir standartlara uyğun stadion tikildiyini söyləyən A.Abdullayev AFFA-nın "Kəpəz"ə göstərdiyi dəstəkdən, eləcə də akademiyanın planlarından söz açıb:

    "Bizim AFFA ilə çox yaxşı əlaqələrimiz mövcuddur. "Kəpəz" Futbol Akademiyasının lazımi inventarlarla təmin olunması üçün AFFA tərəfindən daima dəstək göstərilir. Ümumiyyətlə, Gəncə, "Kəpəz" Azərbaycan futbolu tarixində ən mühüm yerlərdən birini tutur. Təsadüfi deyil ki, böyük futbol ənənələrinə malik bu bölgədə saysız-hesabsız ulduzlar yetişib, futbolumuzun inkişafına töhfə verilib. Hazırda "Kəpəz" Futbol Akademiyasının 13 komandasında 260 uşaq futbolla məşğul olur. Akademiyanın inkişafı, gələcəkdə "Kəpəz"in heyətində məhz yerli futbolçuların oynaması bizim üçün prioritet təşkil edir. Aşağı yaş qruplarından ibarət çempionatlarla bağlı sizin yeni təkliflərinizlə tanışıq, bu barədə akademiyanın koordinatoru və məşqçilərlə müzakirələr aparmışıq. AFFA rəhbərliyinin, o cümlədən sizin tövsiyələrinizi, layihələrinizi həyata keçirməyə məmnuniyyətlə hazırıq. İnanıram ki, bizim birgə planlarımız Azərbaycan futbolu, xüsusilə ölkəmizin ən köklü klublarından sayılan "Kəpəz" üçün səmərəli olacaq".

    Görüşün təşkilinə görə minnətdarlığını bildirən AFFA-nın texniki direktoru Edmond Klaus Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı ideyalarından danışıb. Niderlandlı mütəxəssis vurğulayıb ki, məqsəd yaxın gələcəkdə ölkəmizdə yeni futbolçu nəsli yetirdirməkdir: "Kəpəz"də sizin gördüyünüz işlər səbir, əzm, güc tələb edir. Burada əsas komandaya futbolçu yetişdirmək çətindir. Ona görə mən aşağı yaş qruplarından ibarət çempionatlarda format dəyişikliyini irəli sürmüşəm. Qarşımıza uzunmüddətli ekosistem yaratmaq vəzifəsi qoyulub. Əlbəttə, bu sistemin ilkin cücərtilərini yaxın zamanlarda görməliyik. Albert Eynşteyn demişkən, nə etmisənsə, artıq nəticəsini görmüsən, belə davam etsən, heç nə dəyişməyəcək. Deməli, biz nələrisə dəyişməliyik. İnkişafa nail olmaq üçün AFFA və klublar arasında vəhdət işin aparılması məqsədəuyğundur".

    Daha sonra "Kəpəz" PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev qonaqları akademiyadakı şəraitlə, Gəncə Şəhər Stadionu və ehtiyat meydançalarla tanış edib.

    Ardınca AFFA-nın texniki direktoru Edmond Klaus "Kəpəz" Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev, eləcə də məşqçi və texniki heyətlə görüş keçirib, onlara aşağı yaş qrupları üzrə çempionatların təşkili, fəaliyyət konsepsiyası barədə danışıb, yarışların yeni formatı ətrafında tərəflər arasında fikir mübadiləsi aparılıb

    Futbol

    Azərbaycan - Litva: HEYƏTLƏR

    4.10.2026 16:05:44
    Futbol

    Vəli Qasımov poker etdi, "Neftçi" qələbə qazandı

    4.10.2026 15:17:17
    Futbol

    "Respublika Stadionu bizə çox şeyi xatırladır" - Vəli Qasımov

    4.10.2026 13:29:44
    Futbol

    AFFA-nın texniki direktoru “Kəpəz”in qonağı olub

    4.10.2026 12:55:02
    Futbol

    “Qaradağ Lökbatan” və “Şəmkir” böyük hesabla qalib gəldilər

    4.10.2026 11:14:21
    Futbol

    “Neftçi” və “Spartak” 75 il sonra yenidən Bakıda üz-üzə gəlir - FOTO

    4.10.2026 10:06:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan - Litva: HEYƏTLƏR

    4.10.2026 16:05:44

    DÇ: Əhməd Yusifov finalda - YENİLƏNİR

    4.10.2026 15:53:18

    DÇ: Könül Əliyeva 1/8 finalda dayandı

    4.10.2026 15:45:14

    Vəli Qasımov poker etdi, "Neftçi" qələbə qazandı

    4.10.2026 15:17:17

    DÇ: Balabəy Ağayev mübarizəni dayandırıb

    4.10.2026 14:08:55

    "Respublika Stadionu bizə çox şeyi xatırladır" - Vəli Qasımov

    4.10.2026 13:29:44

    AFFA-nın texniki direktoru “Kəpəz”in qonağı olub

    4.10.2026 12:55:02

    Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

    4.10.2026 12:03:23

    “Qaradağ Lökbatan” və “Şəmkir” böyük hesabla qalib gəldilər

    4.10.2026 11:14:21

    “Neftçi” və “Spartak” 75 il sonra yenidən Bakıda üz-üzə gəlir - FOTO

    4.10.2026 10:06:18

    DÇ: Azərbaycan cüdoçuları mübarizəyə başlayır

    4.10.2026 09:44:47

    "Azərbaycan və Türkiyə 2 dövlət, 1 millətdir" - İsmayıl Kartal

    3.10.2026 23:41:34

    "İmişli" - "Şəfa" oyununda qollu heç-heçə

    3.10.2026 23:15:23

    Amil Həmzəyev Aziz Yıldırımla görüşdü - FOTOLAR

    3.10.2026 22:51:13

    "İlk hissə bizim üçün o qədər də yaxşı keçmədi" - Gəncə klubunun baş məşqçisi

    3.10.2026 22:26:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved