Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, turun son matçında "Qarabağ" "Səbail"i qəbul edib. Qarşılaşmada Şahin Diniyevin kollektivi qalib gəlib - 2:1.
"Köhlən atlar"ın heyətində Hamidu Keyta 3-cü dəqiqədə hesabı açıb. "Dənizçilər"dən isə Aleksandr Ramalinqom dubl edib. Qonaqların legioneri 18-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Onun 42-ci dəqiqədəki qolu isə komandasına qələbə gətirib.

