Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəqib nə "Neftçi", nə də "Qarabağ" idi" – Azər Məmmədov
    3.09.2023 20:19:05

    "Kəpəz" Azərbaycan Premyer Liqasının V turunda "Araz-Naxçıvan"ı qəbul edib – 1:2.

    Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sizi mütəxəssisin fikirləriylə tanış edirik:

    "Oyunun əhəmiyyətini bilirdik. Çempionatda "Araz-Naxçıvan" əsas rəqibimizdir. Bu matç bizim üçün 6 xallıq idi. Təəssüf ki, 6 xalı "Araz-Naxçıvan"a verdik. 2 fərqli hissə izlədik. İlk yarıda 5 dəqiqəyə 2 top buraxdıq. Qollar öz səhvlərimizdən oldu. Bundan sonra komanda toparlanmaqda çətinlik çəkdi. 2-ci hissədə futbolçular fərqi aradan qaldırmağa çalışdı. Hər şeyə rəğmən mövsüm yeni başlayıb. Qarşıda uzun marafon var. İşləmək lazımdır. Hücumda dişsizlik görünür. Çalışacağıq ki, milli fasilədə çatışmazlıqları aradan qaldıraq".

    – Bu gün 2-ci hissədə bəlkə də mövsümün ən yaxşı oyununu keçirdiniz. Hətta "Neftçi"yə qalib gəldiyiniz, "Qarabağ"la heç-heçə etdiyiniz oyunda bu cür çıxış etməmişdiniz. Bu fikirlə razısınız?
    – Razıyam. "Neftçi" ilə matçda çempionat yeni başlamışdı. Artıq oyunçular bir-birinə uyğunlaşıb. Getdikcə daha fərqli futbol oynamağa çalışırıq. Ancaq nəzərə alaq ki, rəqib də nə "Neftçi", nə də "Qarabağ" idi. Gəncədə məğlub olmamalıydıq. Heç-heçə pis nəticə olmazdı.

    – Penaltidən qolu vuran Mate Kvirkiyanın start heyətində olmamasının səbəbi nədir?
    – "Turan Tovuz"la matçda zədələnmişdi. Uzun müddət idi ki, komanda ilə məşq etmirdi. Onun gücü hələ 45 dəqiqəlik deyil. 30 dəqiqə oynatmağı düşünürdük. Hücumda axsama gördük. Buna görə də Mateni meydana buraxdıq.

    – Transfer məsələləri nə yerdədir?
    – Baxışda 2 futbolçu var. 2-si də hücum oyunçusudur. Bəyənsək, müqavilə imzalayacağıq. "Araz-Naxçıvan"la matça hazırlaşırdıq deyə onlara çox da baxa bilmədik.

    Futbol

    "Səbail"in prezidenti ”Sabah”ı da aldatdı - 20 minlik borc

    26.11.2026 20:38:05
    Futbol

    "Qarabağ"dan xanım azarkeşlərinə jest - Biletlər pulsuz olacaq

    26.11.2026 20:22:04
    Futbol

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11
    Futbol

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57
    Futbol

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30
    Futbol

    Azarkeş rekordu: "Sabah" - "Barselona" oyunu ilk "3-lük"də

    26.11.2026 17:14:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan kubokunun qalibləri müəyyənləşdi

    26.11.2026 20:52:49

    "Səbail"in prezidenti ”Sabah”ı da aldatdı - 20 minlik borc

    26.11.2026 20:38:05

    "Qarabağ"dan xanım azarkeşlərinə jest - Biletlər pulsuz olacaq

    26.11.2026 20:22:04

    "DH Volley" ilk oyunda Polşa klubuna məğlub oldu

    26.11.2026 19:49:34

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57

    Dünya çempionatında uğur qazanan veteran güləşçilərlə görüş

    26.11.2026 18:10:57

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30

    Azarkeş rekordu: "Sabah" - "Barselona" oyunu ilk "3-lük"də

    26.11.2026 17:14:52

    Bakıda zədələnən futbolçu uzun müddət oynamaya bilər

    26.11.2026 16:47:34

    Millimiz seçmə mərhələyə böyükhesablı məğlubiyyətlə başladı

    26.11.2026 16:16:29

    Premyer Liqa: Mərkəzi oyunlar FIFA referilərinə tapşırıldı

    26.11.2026 15:43:51

    Gəncə klubunun prezidenti və futbolçusuna cəza verildi

    26.11.2026 15:12:40

    Hansi Flik Bakıdakı qələbədən sonra tarixi uğura imza atdı

    26.11.2026 14:42:03

    Bakıda keçirilən dünya çempionatında 7 erməni idmançı yarışır – ADLAR

    26.11.2026 14:23:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved