Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Qarabağ"a etimad bəslədikləri oyunçu kimi qayıtmaq istəyirəm" – Əhmədzadə
    3.09.2023 18:43:41

    "Zirə"nin hücumçusu Rüstəm Əhmədzadə Premyer Liqanın V turunun "Qəbələ" ilə matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az 22 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

    – Komanda yaxşı formadadır. Fasilə yaranması sizin üçün mənfi hal deyil?
    – Məncə, yox. Düşünmürük ki, artıq 1-ci yerdəyik, hər şey bizim üçün yetərlidir, bəsdir, hər şey bizi razı salır, xeyr. Qələbələrdən sonra da məşqə gedirik və başa düşürük ki, yenə də işləməliyik, dayanmamalıyıq. İnkişaf etməyə və daha yaxşı olmağa çalışırıq.

    – Çoxları deyir ki, bu mövsüm daha gərgin olacaq. Geridə qalan 5 turda bunu hiss etdiniz?
    – Bəli, tam olaraq razıyam. İndi hər tur kim kimlə oynayırsa, bütün matçlar maraqlı gedir, hamı mübarizə aparır. Layiqli, yaxşı oyun göstərir. İndi elə şey yoxdur ki, hansısa komanda digərindən bir qədər güclü olsun. Hər bir komanda digərindən xal ala bilər.​

    – "Zirə"nin bu mövsümkü əsas məqsədi nədən ibarətdir?
    – Tuta biləcəyimiz ən yaxşı yeri tutmaq.​

    – Yəni​ avrokubok?
    – 100 faiz. Ən yüksək yerlər uğrunda oynayacağıq. Bizim üçün hər matç final olacaq. Meydana çıxıb, yalnız qələbə üçün oynayacağıq.

    – Qarşıda Azərbaycan millisini Belçikaya qarşı oyun gözləyir. Millidən hansı nəticəni gözləmək olar?
    – Belçika yaxşı komandadır. Ağır olacaq. Amma təbii ki, biz əlimizdən gələni edəcəyik. Nə qədər mümkündürsə, mübarizə aparacağıq.

    – Son dəfə 12 il əvvəl Azərbaycan millisi Bakıda Belçika ilə 1:1 oynaya bilmişdi. Sizcə, bu nəticəni təkrarlamaq mümkündür?
    – Ola bilər, niyə də olmasın? Futboldur da.

    – Ötən mövsümün yekununda demişdiniz ki, "Qarabağ"a qayıdacağam və əsas heyətə düşmək uğrunda mübarizə aparacağsm. Amma yenə də "Zirə"dəsiniz. Bu nə ilə bağlıdır?
    – Bu onunla bağlıdır ki, hansı formada olduğumu bilirəm, amma dərk edirəm ki, daha yaxşı formada ola bilərəm. Özümdən də bunu tələb edirəm. "Qarabağ"a etimad edə biləcəkləri oyunçu kimi getmək istəyirəm. Yayda bir az hiss etdim ki, daha da bir az işləməliyəm və Allah qoysa, "Qarabağ"a lazım olan oyunçu kimi qayıdacağam.

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved