“Qarabağ”ın koordinatoru Aftandil Hacıyev və U-15 komandası “Qalatasaray”ın akademiyasını ziyarət edib.
Prosport.Az-ın məlumatına görə, qonaqları “Qalatasaray” akademiyasının koordinatoru Əmir Kıvırcık və gənclərin inkişaf üzrə koordinatoru Orhan Atik qəbul edib.
Görüş zamanı akademiyalar arasında qarşılıqlı əlaqə barədə danışıqlar baş tutub. Akademiyada çalışan məşqçilərin təlimi, eləcə də “Qarabağ” və “Qalatasaray”ın aşağı yaş qruplarının eyni turnirlərdə iştirakı ilə bağlı da fikir mübadiləsi aparılıb.
