Türkiyədə keçirilən "Kartepe Cup"da iştirak edən "Qarabağ"ın U-15 komandası Litvanın "Huliqans" komandası ilə heç-heçə oynayıb.
Prosport.Az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. "Qarabağ"ın yeganə qolunu Murad Quluzadə vurub.
Yeri gəlmişkən, "Qarabağ"ın yeniyetmə futbolçuları "Qarabağ Azərbaycandır!" devizi yazılmış pankardla meydana çıxıb.
Türkiyənin "Hisareynspor Yeşil" komandası isə oyuna çıxmadığından, "Qarabağ"a 3 xal veriləcək. Beləliklə, "Qarabağ" turniri lider kimi başa vurub.
