Sofyan Amrabat yeni mövsüm ərəfəsində “Mançester Yunayted”ə keçib.
Prosport.Az xəbər verir ki, “qırmızı şeytanlar” onu 1 mövsüm üçün “Fiorentina”dan icarəyə götürüb.
Mərakeş əsilli futbolçu bununla bağlı deyib: ”Mançester Yunayted”in oyunçusu olmaq mənim üçün böyük şərəfdir. Səbirli olmalıydım. Amma mən hər zaman ürəyimi dinləyən biriyəm və indi arzuladığım klubu təmsil edirəm. Mən ehtiraslı futbolçuyam, enerjimi komandaya gətirmək istəyirəm və bunun üçün hər bir hərəkətimdə əlimdən gələni edəcəyəm”.

