Fransa millisinin və Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Randal Kolo Muani Prisin PSJ komandasına keçib.
Prosport.A xəbər verir ki, 25 yaşlı hücumçunun keçidi Liqa-1 təmsilçisinə 95 milyon avroya başa gəlib. Bu isə "Ayntraxt" klubunun tranfer tarixində rekord göstəricidir.
Qeyd edilir ki, bundan əvvəl Luka Yoviç 63 milyon avroya "Ayntraxt"dan "Real"a transfer olunub.
Qeyd edək ki, Randal Kolo Muani ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 23 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
"Ayntraxt" tarixində rekord transfer

