Kanadanın Monreal şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 195-ci Konqresi keçirilib.
Prosport.Az xəbər verir ki, 117 milli federasiyanın nümayəndələrinin iştirak etdiyi tədbirdə velosiped idmanının inkişafı, beynəlxalq yarışların təşkili və gələcək perspektivlərlə bağlı mühüm məsələlər müzakirə olunub. Konqres çərçivəsində 2027–2034-cü illərdə bir sıra dünya çempionatlarının keçiriləcəyi şəhərlər də təqdim edilib.
Konqresdə ölkəmizi Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təmsil edib.
