Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Oynamaqla məşqçilik etmək arasında çox fərq var" – Rauf Əliyev
    2.09.2023 10:11:31

    Millimizin və "Qarabağ"ın sabiq hücumçusu Rauf Əliyev cari mövsümdən məşqçiliyə başlayıb. 

    Hazırda "Qarabağ"ın 19 yaşadək komandasının məşqçisi işləyən 34 yaşlı veteran Prosport.Az-a müsahibə verib.

    – 10 il sonra "Qarabağ" qayıtdınız. Bu dəfə məşqçi kimi. "Qarabağ"a qayıdışınız necə baş tutdu?
    – Fikrimdə məşqçiliyə başlamaq vardı. Aftandil müəllim ("Qarabağ" Akademiyasının koordinatoru Aftandil Hacıyevi nəzərdə tutur – red.) də bu fikrimi bilirdi. Onunla münasibətimiz həmişə yaxşı olub. Aftandil müəllim koordinator keçəndən sonra mənə bu təklifi verdi, mən də qəbul etdim. Məşqçilik yolunda ilk addımlarımı atıram. B kateqoriyası üçün məşqçilik kursuna da başlamışam. Eyni zamanda da U-19 komandasında məşq keçirəm. Hər şey yolundadır. İstəyirəm ki, məşqçi kimi də öz sözümü deyim.

    – Niyə baş məşqçi yox, köməkçi kimi məşqçi kimə işə başladınız?
    – Birdən-birə baş məşqçi kimi işə başlamağım özüm üçün də düzgün olmazdı. 1 aydır ki, məşqçilik edirəm. Məşqçi təcrübəm yoxdur. Oynamaqla məşqçilik etmək arasında çox fərq var. Uşaqlarla ünsiyyəti bilməlisən. Belə görürəm ki, doğru addım atmışam. Digər futbolçuların məşqçiliyə başlayarkən ilk vaxtlar hansı çətinliklərlə üzləşdiyini bilirdim. Ona görə də mənim üçün ən yaxşı variant köməkçi məşqçi kimi işə başlamaq idi. Əsas bu təcrübəni qazanmaq və B kateqoriyalı məşqçilik lisenziyasını əldə etməkdir. Hər şeyə yavaş-yavaş addımlamaq lazımdır. Arxı tullanmamış "hop" demək düzgün deyil.

    – İşlədiyin komandada baş məşqçi Emin Mollayevdir. Onunla nə vaxtsa yollarınız kəsişib?
    – Xeyr, Emin müəllimlə əvvəllər tanışlığım olmayıb. Avqustun əvvəlində tanışlığımız baş tutdu. Amma bu bir ay ərzində elə münasibətimiz quruldu ki, sanki bir-birimizi çoxdan tanıyırıq. Həqiqətən bir-birimizi dost, qardaş kimi yaxşı başa düşürük.

    – O, sabiq futbolçu olub?
    – Bildiyimə görə, vaxtı ilə I divizionda oynayıb.

    – Çempionatda 2 tur arxada qalıb. Nəticədən razısınız?
    – İlk turda "Zirə"yə 2:1 qalib gəldik. II turda "Neftçi"yə səfərdə 1:4 uduzduq. 2-ci oyundan razı qalmadıq. Çünki 1:0 qalib gəlirdik, ancaq ilk hissədə 8 dəqiqəyə 3 top qapımızdan buraxdıq.

    – Ev oyunlarınızı harada keçirirsiniz?
    – Binədə. Ancaq məşqlərimiz "Sərhədçi" İdman Mərkəzində olur.

    – Növbəti oyununuz kiminlədir?
    – Sabah "Sumqayıt"la Binədə oynayacağıq. Oyun saat 17:00-da başlayacaq.

    – Hazırda U-19 komandasında "Qarabağ"ın əsas heyətinə düşə biləcək perspektivdə futbolçu var?
    – U-19-dan əsas komandaya məşqlərə gedənlər var. Kim ki özünü yaxşı tərəfdən göstərirsə, onlar da əsas komanda ilə məşqlərdə iştirak etmək imkanı əldə edir. Ancaq həmin perspektiv vəd edən futbolçuların adlarını açıqlamaq istəmirəm. Çünki uşaqlar müsahibələri oxuyur. Ad çəksəm, digərləri oxuyub pis ola bilər. Ancaq həqiqətən də yaxşı futbolçularımız var.

    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Müsahibə

    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç

    14.09.2026 23:20:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved