Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Bakıda keçiriləcək dünya çempionatının formatı müəyyənləşdi – DETALLAR
    18.09.2026 18:04:51

    Bakıda keçiriləcək futbol üzrə U-15 dünya çempionatı və festivalında iştirak edəcək komandaların mübarizə aparacağı qruplar müəyyənləşib.

    Prosport.Az xəbər verir ki, Azərbaycan millisi AF qrupunda yer alıb. Yığmamız Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla mübarizə aparacaq.

    Ümumilikdə turnirdə 191 komanda 32 qrupda mübarizə aparacaq. Yarışın ilk oyunları 24 oktyabrda, final qarşılaşmaları isə 30 oktyabrda keçiriləcək.

    Turnirdə komandalar 8x8 formatında qarşılaşacaq. Oyunlar 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Qrup mərhələsinin yekunlarına əsasən, iştirakçılar 6 performans səviyyəsinə bölünəcək və bütün komandalar turnirin son gününədək mübarizəni davam etdirəcəklər.

    Yarışda komandalar 68x47 metrlik meydançalarda mübarizə aparacaq. Qarşılaşmalar 7,32×2,44 metr ölçülü standart qapılarla keçiriləcək.

    Hər komandanın heyətində 14 futbolçu, texniki heyətdə isə 6 nəfərədək məşqçi və digər komanda rəsmisinin yer alması nəzərdə tutulur. Turnirdə 2011 və ya 2012-ci il təvəllüdlü futbolçular iştirak edəcək. Ümumilikdə isə Azərbaycanda keçiriləcək festivalda 3 000-dən çox gənc futbolçu, məşqçi və rəsmi şəxsin iştirakı gözlənilir.

    Təsnifat mərhələsində komandaların dairəvi sistem üzrə 4-5 oyun keçirməsi nəzərdə tutulur. Bu matçların nəticələrinə əsasən komandalar turnirin növbəti mərhələsində müvafiq səviyyələr üzrə mübarizəni davam etdirəcəklər.

    Yarış çərçivəsində ümumilikdə 1000-ə yaxın oyun keçiriləcək. Qarşılaşmaların böyük hissəsi Hövsan Yarış Kompleksində, açılış və final oyunları isə Bakı Kristal Zalında təşkil olunacaq.

    Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı ilk dəfə Azərbaycanda keçiriləcək.

    Akademiya

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Akademiya

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Futbol

    "Sabah"ın gəncləri Çexiya klubuna böyük hesabla uduzdu

    13.10.2026 16:55:31
    Akademiya

    UEFA Babək Quliyevi "Sabah"ın oyununa göndərir

    12.10.2026 12:53:04
    Akademiya

    "Kağız üzərindəki göstəricilər yox, real futbolçuların ortaya çıxması vacibdir" - Tahir Süleymanov

    12.10.2026 12:02:06
    Futbol

    "Akademiya rəhbərləri komfort zonadan çıxaraq..." - Sərxan Hüseynov

    12.10.2026 11:42:36
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49

    Avropa çempionatı: Daha bir ağırlıqqaldıranımız üç medal qazandı

    16.10.2026 23:40:32

    İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi - 30 illiyi münasibətilə

    16.10.2026 23:23:47

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48

    "Qələbəyə layiq idik" - Filipe Kandido

    16.10.2026 22:17:27

    "Bu cür qollar buraxmaq olmaz" - Yuri Maksimov

    16.10.2026 21:39:36

    UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?

    16.10.2026 21:28:41

    “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub etdi

    16.10.2026 20:55:39

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59

    Minifutbol millimiz üçüncü yer uğrunda oyunda da uduzdu - YENİLƏNİB

    16.10.2026 19:35:13

    AMADA rəhbəri süni intellektin antidopinqdə tətbiqindən danışıb - Yunanıstanda

    16.10.2026 19:18:10

    Elvin Cəfərquliyev məşqləri bərpa etdi

    16.10.2026 18:48:12

    "Sumqayıt" - "Araz-Naxçıvan" :HEYƏTLƏR

    16.10.2026 18:12:32

    "Allah çəkdiyimiz əziyyətin bəhrəsini verəcək" - Azər Bağırov

    16.10.2026 17:47:30

    Zaur Həşimov: "Acınacaqlı məğlubiyyət oldu"

    16.10.2026 17:25:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved