2023-2024-cü illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Prosport.Az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi son klubu Kiprin “Anortosis”i olan Çad millisinin üzvü Kazimir Ninqa ilə 1 illik müqavilə bağlayıb.
30 yaşlı cinah hücumçusu yeni klubunda 11 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Kazimir Ninqa karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə) və “Anortosis” (Kipr) klublarında çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb.

