Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    II Dünya Müharibəsi zamanı yeniyetmələrin yaratdığı "arılar" – TANITMA
    1.09.2023 16:54:26

    "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi olan İsveçin "Hekken" komandasını tanıyaq.

    Prosport.Az-ın hazırladığı xəbərə görə, komanda 14-15 yaşlı yeniyetmə oğlanlar tərəfindən yaradılıb. Onların məqsədi milli futbol liqasında yarışacaq klub yaratmaq olub.

    Bu səbəbdən həmin oğlanlar təmsil etdikləri şəhər olan Yöteborqun Futbol Assosiasiyasına müraciət ediblər. Komandanın əvvəl adı "Kik" (qol vurmaq mənasında – red.) olub. Ancaq sonradan bu ad digərləri tərəfindən götürüldüyündən, ad dəyişikliyi lazım gəlib. Bu oğlanların məşq etdikləri sahənin yanında iri yaşıllıq çəpərlər olduğundan və bu, İsveç dilində "Hekken" (Häcken) adlandığından, komanda belə adlandırılmağa başlayıb. "Hekken"in yaranma tarixi kimi 2 avqust 1940-cı il götürülür. Göründüyü kimi, klubun yaranması II Dünya Müharibəsinin qızğın anlarına təsadüf edib.

    1943-cü ildən regional çempionatlara qoşulan "Hekken" İsveçin ən peşəkar elit yarışı olan Allsvenskana yalnız təxminən 40 il sonra – 1982-ci ildə vəsiqə qazana bilib. Yöteborq təmsilçisi ötən il ilk dəfə İsveç çempionu olub, 3 dəfə (2015/16, 2018/19, 2022/23) isə İsveç Kubokunu qazanıb.

    "Hekken"in 2007-ci ildən avrokubok təcrübəsi olsa da, ilk dəfə qrup mərhələsində çıxış edəcəklər. Komanda bu mövsüm avrokuboklarda yoluna son İsveç çempionu kimi UEFA Çempionlar Liqasında başlayıb. "Ze Nyu Seynts"i (Uels) turnirdən asanlıqla kənarlaşdırsa da, gözlənilmədən Farer adaları çempionu Kİ-yə penaltilərlə uduzub. Avropa Liqasında isə "Hekken" "Jalqiris" (Litva) və "Aberdin" (Şotlandiya) səddlərini aşaraq qrupa vəsiqə qazanıb.

    Ləqəbi "arılar" olan komanda ev oyunlarını süni örtüklü 6300 tutuma malik "Bravida Arena"da keçirir. Komandanı 2021-ci ildən norveçli məşqçi Per-Matias Höqmo çalışdırır. Bu baş məşqçi Norveç millisinin sükanı arxasında seçmə mərhələlərdə millimizə rəqib olub. "Hekken"də Nigeriya, Norveç, Tunis, İslandiya, Bosniya və Herseqovina, Danimarka, Serbiya, Yamayka, Fil Dişi Sahili, Şimali Makedoniya və Zambiyadan legionerlər çıxış edir. Millimizin seçmə mərhələdəki rəqiblərindən olan İsveç yığmasının yarımmüdafiəçisi Samuel Qustafson da burada oynayır.

    Xatırladaq ki, "Qarabağ" üçün İsveçin Yöteborq şəhərinə səfər ilk olmayacaq. Belə ki, komanda 2016-cı ildə məhz "Hekken"in əzəli rəqiblərindən 1-cisi olan "Yöteborq"u Avropa Liqasının pley-offunda mübarizədən kənarlaşdıraraq (3:0, 1:0) qrupa düşmüşdü.

    Qeyd edək ki, "Qarabağ"ın H qrupundakı digər rəqibləri komandanın ən son transferi rusiyalı qapıçı Andrey Lunyovun gəldiyi "Bayer" (Almaniya) və 2020-ci ildə Çempionlar Liqasının III təsnifat mərhələsində penaltilərlə uduzduğu "Molde"dir (Norveç).

    Hazırladı: Səbuhi Musa

    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved