Premyer Liqada IV turda "Qarabağ"la səfərdə 1:1 oynamaqla sensasiyaya imza atan "Kəpəz" futbolçularına pul mükafatı verilib.
Prosport.Az "sportinfo"ya istinadla xəbər verir ki, son çempionla səfərdəki heç-heçə "Kəpəz"in futbolçularına 1000 manat qazandırıb.
Qeyd edək ki, Gəncə klubunun rəhbərliyi ilk turda "Neftçi" üzərində 1:0-lıq qələbəyə görə hər oyunçuya 2 min manat ödəmişdi.

