Azərbaycanın U-15 millisi ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparacaq.
Prosport.Az xəbər verir ki, turnirin püşkatma mərasimi keçirilib. Mübarizədə iştirak edəcək 191 milli komanda 32 qrupa bölünüb. Qruplardan birində 5, digər 31 qrupda isə 6 komanda yer alıb.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan millisi “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla birgə yer alıb.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı cari il oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Komandalar 8-ə 8 formatında mübarizə aparacaq. Görüşlər hər biri 20 dəqiqə olmaqla 2 hissədən ibarət olacaq.
