Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Qrupda adlı-sanlı komandalara qarşı oynamaq istəyirəm" – "Qarabağ"ın legioneri
    1.09.2023 10:05:31

    "Qarabağ"ın futbolçusu Abdellah Zubir Avropa Liqası pley-off mərhələsinin "Olimpiya" ilə matçından (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az 32 yaşlı Mərakeş əsilli fransalı vingerin müsahibəsini diqqətinizə çatdırır:

    – Çətin oyun oldu. Onlar daha çox hücumameyilli oynayırdı. Amma biz buna hazır idik. Bu gün biz meydanda vuruşduq, əsl xarakter göstərdik. Məqsədimiz Avropa Liqasının qrupuna düşmək idi. Hədəfimizə çatdıq.

    – Çox rahat oynayırdınız. Bu, ilk matçdakı nəticəyə görə idi?
    – Yox. Həmişə oyun istədiyin kimi alınmır. Rəqiblər bizi təhlil edirlər, üstün və zəif cəhətlərimizi bilirlər. Əsas olan hədəfimiz idi. Bunu da bacardıq.

    – Sabah (bu gün – red.) püşk atılacaq. İstəyərdiniz ki, yenidən "Rakuv"la qarşılaşasınız?
    – Həmişə böyük, adlı-sanlı komandalara qarşı oynamaq istəyirəm. Elə rəqiblərlə oynamaq bizim üçün yaxşı təcrübədir. Əgər "Rakuv"la eyni qrupa düşsək, qələbə qazanmağa çalışacağıq.

    – 2 oyundur ki, kapitanlıq bazübəndini taxırsınız. Hansı hissləri keçirirsiniz?
    – Baş məşqçi kapitanlığı mənə etibar edəndə çox sevindim. Amma əsasən buna fokuslanmıram. Yenə meydanda bacardığımın ən yaxşısını etməyə çalışıram. Eyni zamanda da "Qarabağ"ın kapitanı olmaq böyük şərəfdir.

    – Bir qol da vursanız, Azərbaycan futbolu tarixində avrokuboklarda ən çox qol vuran oyunçu olacaqsınız. Bunu bilirdiniz?
    – Xeyr, bilmirdim. Xatırlatdığınıza görə sağ olun. Reynaldonun burada etdiklərindən xəbərim var. Həqiqətən möhtəşəm karyerası olub. Onun uğurunu təkrarlasam, çox sevinərəm.

    – Həmin qolu nə vaxt vuracaqsınız?
    – Ümid edirəm ki, qrup mərhələsində vuraram.

    – 6 il əvvəl "Qarabağ" Çempionlar Liqasının qrupuna düşərkən klubun təklifini qəbul etməmişdiniz. Siz gələndən sonra isə komanda ÇL qrupunda iştirak etməyib. Həmin vaxt gəlmədiyiniz üçün təəssüflənirsiniz?
    – Əslində həmin təklifdən bir neçə ay sonra komandanın Çempionlar Liqasının qrup oyunlarını izləyəndə içimdən təəssüf hissi keçdi. Təbii ki, bütün futbolçular ən nüfuzlu klub turnirində iştirak etməyi arzulayır. Həmçinin mən də. Amma dünyanın sonu deyil. Ümid edirəm ki, gələcəkdə bu imkanı əldə edəcəyik.

    – Uzun illərdir "Qarabağ"dasınız. Komanda sanki bu il baxımlı futbol oynamır, nəticəyə oynayır. Bu fikirlə razısınız?
    – İndi əksər komandalar nəticəyə oynayır. Yaxşı oynayıb uduzsaq, dəyəcəksiniz ki, niyə məğlub oldunuz. Baxımlı oyun zamanla gələcək. Əsas nəticə qazanmaqdır.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved