Yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də "Palms Sports Arena"da keçiriləcək Azərbaycan – Tacikistan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.
Prosport.Az xəbər verir ki, Ayxan Abbasov mətbuat önünə sentyabrın 22-də saat 19:15-də çıxacaq: Bundan 45 dəqiqə sonra yığmamızın açıq məşqi baş tutacaq.
Tacikistan millisinin mətbuat konfransı və açıq məşqi isə müvafiq olaraq, saat 17:15 və 18:00-da olacaq.
Qeyd edək ki, mətbuat konfransları və açıq məşqlər "Palms Sports Arena"da keçiriləcək.
