Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib
Prosport.Az xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su səfərdə "Sparta"nın qonağı olub. Qarşılaşma Praqa təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı hücumçu 71-ci dəqiqədə Dario Şpikiçin əvəzinə meydana daxil olub.
2 görüşün nəticəsinə əsasən 5:4 hesablı üstünlük əldə edən "Sparta" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Dinamo" isə mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.

