Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Liverpul", "Roma"nı Bakıda görməyi çox istərdim" – Tahir Gözəl
    1.09.2023 00:45:13

    “Qrup matçlarında “Liverpul”u, “Roma”nı burada görməyi çox istərdim”.

    Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl komandanın UEFA Avropa Liqasının qrup mərhələsində qarşılaşa biləcəyi komandalar barədə danışarkən deyib.

    Futbol funksioneri rəqiblərin kimliyindən asılı olmayaraq, komandasına güvəndiyini bildirib: “Komandamın Avropa Liqasının qrupunda oynamağa hazır olduğunu düşünürəm. Artıq “Qarabağ”ın Azərbaycanın bir ruhu, parçası, canı olduğunu və bu klubu bütün dünya bilir. Qrupda hansı komandalarla düşməyimizdən asılı olmayaraq, onları bizimlə çətin oyunlar gözləyəcək. Ancaq nəticənin necə olacağını təxmin etmək çətindir”.

    T.Gözəl ardıcıl 10-cu dəfə avrokubokların qrupuna düşməyin qürurunu yaşadığını söyləyib: “Heç nədən başladığımız marafonda bu axşam ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandıq. Bəzi ölkələrin komandaları yüksək reytinqə görə birbaşa qrupdan başlayırlar. Şərqi Avropada isə bu, tarixi nəticədir. Hətta birbaşa qrupdan başlayanlar da daxil olmaqla, “Qarabağ”ın bacardığını ümumilikdə 16 klub edə bilib. Bizdən fərqli olaraq, onların çoxu heç təsnifatda iştirak etməyib. Buna görə də tarixi gündür. Xalqımda bu həyəcanı, sevinci görməyin izahını vermək mümkün deyil”.

    Klub prezidenti Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə Bakıda 1:1 hesablı heç-heçə etdikləri cavab görüşünü də dəyərləndirib: “Avropada zəif, böyük klub anlayışı yoxdur. Ağır matç oldu. Amma “Qarabağ” səliqəli və təmkinli çıxış etdi. Nə çox risk etdi, nə də hədsiz müdafiə olundu. Qurban Qurbanov öz məharətini yenə gözəl şəkildə göstərdi. Buradan möhtəşəm qürur hissi ilə ayrılıram”.

    Tahir Gözəl transfer çalışmalarını davam etdirdiklərini də sözlərinə əlavə edib: “Qurban Qurbanovun əlində büdcə, imkanlar var. Transfer işinə baxır. Rəhbərlik tərəfindən bu məsələdə heç bir məhdudiyyət yoxdur. Amma qısa müddətdə kimisə tapa biləcəyini deyə bilmərəm. Biz həmişə axtarışdayıq”.

    Qeyd edək ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri artıq bu gün keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.

    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved