Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Olimpiya" oyunun əvvəlində "Qarabağ"a sürpriz edə bilər" – Rauf Əliyev
    31.08.2023 18:53:06

    "İnanmıram ki, əvvəlki oyunun nəticəsinə görə "Qarabağ"da arxayınlaşma olsun. Komanda ilk oyunda 0:0 olmuş kimi meydanda çıxacaq. Ola bilər ki, hər 2 komanda ilk dəqiqələrdə bir az ehtiyatlı oyuna üstünlük versin. Heç bir komanda 1 qol buraxıb, pis vəziyyətə düşmək istəməz. Ancaq sonrakı dəqiqələrdə hər 2 komanda irəliyə atılacaq. Gözləntim odur ki, "Qarabağ" məhz sonrakı dəqiqələrdə vurduğu qol və ya qollarla qalib gələcək. Amma konkret hesab proqnozu verə bilmərəm".

    Bunu Prosport.Az saytına "Qarabağ"ın sabiq futbolçusu Rauf Əliyev bildirib.

    2006-2013-cü illərdə bu klubda çıxış etmiş 34 yaşlı veteran Sloveniya çempionunun bu gün keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ"a sürpriz edə biləcəyini də istisna etməyib: "Ola bilsin ki, bu dəfə "Olimpiya" daha çox hücumameyilli oynasın. Çünki onlara qələbə lazımdır. Oyunun əvvəlində "Qarabağ"a sürpriz də edə bilərlər. Amma "Qarabağ" 1 həftə əvvəl Lyublyanada oynadığı kimi oynasa, onda "Olimpiya"nın heç bir şansı olmayacaq".

    Hazırda "Qarabağ"ın 19 yaşadək komandasında məşqçi işləyən Rauf Əliyev bu matçda Qurban Qurbanovun ilk oyundakı hesaba görə rotasiya edəcəyinə inanmadığını bildirib: "5-6 il Qurban Qurbanovun rəhbərliyi altında oynamışam. İnanmıram ki, ilk oyundakı hesabı nəzərə alıb, bu matçda rotasiya etsin. Ola blər ki, hansısa oyunçunun zədəs olar, onda dəyişiklik qaçılmazdır. Ancaq Qurban müəllimin rotasiya edib, risk edəcəyinə heç inanmıram".

    Qeyd edək ki, "Qarabağ" – "Olimpiya" oyunu bu gün saat 20:00-da başlayacaq.

    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved