Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ”a qarşı daha yaxşı oynadığımızı deyə bilərəm" – Vanderson
    31.08.2023 16:19:56

    "Premyer Liqanız Ukrayna çempionatına daha yaxındır".

    Prosport.Az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Vanderson Melu klubun rəsmi saytına müsahibəsində deyib.

    29 yaşlı yarımmüdafiəçi komandaya və ölkəyə tam uyğunlaşdığını bildirib. Braziliyalı bura gələnədək Ukrayna və Belarusda da çıxış etdiyini xatırladıb: "Rus dilində də qismən danışıram, bu da çox köməyimə çatır. Kollektivdə İqor Ribeyru və Nunu Rodriqeslə daha çox ünsiyyət qururam. Onlar portuqal dilində danışırlar. Burada darıxmıram".

    Oyunçu "Sumqayıt"la heç-heçə (1:1) etdikləri IV turun matçına da toxunub: "İlk hissədə yaxşı oynamadıq. Fasilədən sonra toparlandıq, məşqlərdə, eləcə də oyundan əvvəl baş məşqçinin bizdən istədiyini meydanda tətbiq etməyə çalışdıq. Yəni 2-ci hissədə oyunumuzu nümayiş etdirməyi bacardıq".

    Vanderson komandanın yeni qurulduğunu diqqətə çatdırıb: "İndiyədək Premyer Liqada 4 oyun keçirmişik. Hətta elə alındı ki, gecə yol gəlib, səhər meydana çıxan futbolçumuz oldu. Buna görə də uyğunlaşma üçün vaxta ehtiyac var. Demək olar ki, heyətimizin 90 faizi yenidir. Amma arxada qalan 4 görüşü təhlil etsək, “Qarabağ”a qarşı daha yaxşı oynadığımızı deyə bilərəm. İlk matçımız da pis alınmadı. Fərqlənmək üçün epizodlarımız oldu. Təəssüf ki, hər 2 qarşılaşmada uğur qazana bilmədik. Uyğunlaşma prosesini tez keçsək, nəticələrimiz yaxşılaşacaq".

    Yarımmüdafiəçi V turda “Kəpəz”lə oyunun maraqlı keçəcəyini vurğulayıb: "Onlar da xoş təsir bağışlayırlar. Məncə, ilk mini finalımız olacaq. Bilirsiniz ki, turnir cədvəlində 4 komandanın 4 xalı var. Bu baxımdan oyunu final hesab etmək olar. Qələbə qazanan bir addım önə keçəcək. Ciddi hazırlaşırıq, baş məşqçinin dediklərini düzgün etməyə çalışırıq ki, yekunda yaxşı nəticə qazanaq. Həm də bu, Bakıdan kənarda keçirəcəyimiz ilk matç olacaq".

    O, son olaraq çempionatın maraqlı keçdiyini söyləyib: "İstər turnir cədvəlinə baxsaq, istərsə də oyunlara diqqət yetirsək, gərgin mübarizənin getdiyini görürük. Bütün komandalar meydana qələbə qazanmaq məqsədilə çıxırlar. Bu, yaxşı haldır. Hazırda bizim komandada uyğunlaşma prosesi gedir. Futbolçuların uyğunlaşması başa çatdıqdan sonra daha yaxşı oynayacaq, uğurlu nəticələrimizlə sevindirəcəyik".

    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved