“Neftçi” basketbol klubu Türkiyənin İzmir şəhərində təşkil olunan “Ege Kuboku 2026” beynəlxalq turnirində iştirak edib.
Prosport.Az xəbər verir ki, yeni mövsümün hazırlıqları çərçivəsində turnirə qatılan Bakı təmsilçisi 2 sınaq matçına çıxıb.
“Ağ-qaralar” ilk qarşılaşmada “Aliağa Petkim Spor”a 52:81 hesabı ilə məğlub olub. “Neftçi” turnirdəki 2-ci görüşündə isə “PizzaBulls Bordo Bandırma” kollektivi ilə üz-üzə gəlib və matç rəqibin 105:59 hesablı üstünlüyü ilə başa çatıb.
