Milli komandamızın sabiq üzvü Şəhriyar Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar FIFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.
Prosport.Az xəbər verir ki, hər 2 ali futbol qurumunun rəhbərliyi adından Azərbaycan futbol ailəsinə başsağlığı verilib.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Şəhriyar Rəhimov avqustun 25-də 34 yaşında müalicə aldığı Türkiyənin paytaxtı Ankaradakı xəstəxanada vəfat edib.

