Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev yeni oyuna təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan – Cəbəllüttariq oyununda iş başında olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da Kutaisi şəhərindəki “Şenqelia Arena”da gerçəkləşəcək.

