"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Prosport.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda pley-off mərhələsinin cavab matçında Sloveniya "Olimpiya"sını qəbul edəcək.
Qarşılaşmanı ispaniyalı FİFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.
Səfərdəki ilk oyunda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
UEFA Avropa Liqası
20:00 "Qarabağ" – "Olimpiya" (Sloveniya)
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
ilk oyun – 2:0

