Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın Sloveniya “Olimpiya”sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa hazırlıqlar davam edir.
Prosport.Az xəbər verir ki, bunu arenanın yeni direktoru Tələt Məmmədov "Report"a açıqlamasında bildirib.
O, matça hazırlığın yaxşı getdiyini bildirib. Direktor meydanın ot örtüyünün yüksək səviyyədə olduğunu da vurğulayıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Lyublyanada rəqibini 2:0 hesabı ilə üstələyib. Sabah baş tutacaq “Qarabağ” – “Olimpiya” oyunu saat 20:00-da start götürəcək.

