20 yaşadək futbol millimizin (U-20) mətbuat katibi də olacaq.
Prosport.Az-ın xəbərinə görə, bu vəzifəyə Ruslan Sadıqov təyin edilib.
Qeyd edək ki, Ruslan Sadıqov 20 ildən çox jurnalistika fəaliyyəti ilə məşğul olub. O, "Çempion" qəzeti, APA və "Report" agentliklərində müxbir vəzifəsində çalışıb. R.Sadiqov son olaraq 2024-cü ildən AFFA-da Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyib.
Xatırladaq ki, 2027-ci ildə Azərbaycanda U-20 futbol üzrə dünya çempionatı keçiriləcək.
